İçeriğe geçmek için "Enter"a basın

"Ağ ev" Putini tənqid etdi

22-10-2015

11:48 xeber – ABŞ Əsədin Moskvaya səfərini xoş qarşılamayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Ağ ev Suriyanı Moskvaya səfər etdiyi üçün, Rusiyanı isə, Bəşər Əsədi səmimi qarşıladığı üçün tənqid edib.

Ümumiyyətlə, nəinki, ABŞ-ı, digər ölkələri də Bəşər Əsədin Rusiyaya qəfil iş səfəri təəccübləndirib. Bu görüş üç həftə bundan əvvəl Rusiyanın Suriyada İŞİD və digər dövlət əleyhinə olan qruplaşmaları bombaladıqdan sonra baş verib.


Bəşər Əsədin Moskvada Vladimir Putinlə görüşü

Əsəd 2011-ci ildə başlamış silahlı qarşıdurmalar baxmayaraq, Dəməşki tərk etməyib, nəticədə milyonlarla insan həyatını itirib.

Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə ölkədaxilində gedən hərbi münaqişələrə müdaxilə etdiyi üçün, eyni zamanda, Suriyada terrorizm təhlükəsinin yayılmasının qarşısının aldığı üçün ona öz minnətdarlığını bildirib.

Öz cavabında isə Putin bildirib ki, bütün siyasi güclərin iştirakı ilə Suriyadan, hətta, böhranı da aradan qaldıra bilərlər. Bundan başqa, prezident əlavə edib ki, Moskva Yaxın Şərqdə əsas qüvvədir və Suriya münaqişəsinin sona çatması Rusiyanın iştirakı olmadan həll oluna bilməz.

Ağ evin nümayəndəsi Erik Şultsun bildirir ki, Moskva və Dəməşq arasındakı indiki münasibətlər Suriyada siyasi perspektivinin nizama salmasını təhlükə altına qoyur.


Erik Şults – Ağ evin nümayəndəsi

“Biz hesab edirik ki, öz xalqına qarşı kimyəvi silah tətbiq edən bir prezidenti belə səmimi qarşılamanın nəticəsində Rusiyanın Suriyada siyasi keçidi təmin etmək durur”, – deyə Şults bildirib.

Dövlət departamentinin nümayəndəsi Con Kirbi isə deyib ki, Əsədin Rusiyaya səfəri onun üçün heç də gözlənilməz olmayıb: “Bəşər Əsədin Moskvaya gəlməsində təəccüblü heç nə yoxdur. Nəzərə alsaq ki, son vaxtlar Rusiya ilə Suriya yaxınlaşıb və Rusiya Bəşər Əsədi qorumaq üçün ona qarşı olan silahlıları qırır, odur ki, Əsəddə özünəinam da yaranıb”, – deyə Con Kirbi əlavə edib.


Con Kirbi – Dövlət departamentinin nümayəndəsi

Vladimir Putin, həmçinin, səfər çərçivəsində Səudiyyə Ərəbistanın və Türkiyənin Bəşər Əsədə qarşı döyüşçülərə dəstəyini də müzakirə edib.

Əsədin qəfil Moskvaya gəlməsi artıq onun özünə nə qədər inanmasından xəbər verir. Çünki Suriyada başlayan vətəndaş müharibəsindən bu günə kimi prezident bir dəfə də olsun, Dəməşki tərk etməyiblər.

Suriya prezidenti Bəşər Əsəd ötən gecə Moskvaya səfər edib. Moskvada Rusiya prezidenti Vladimir Putinlə Bəşər Əsəd arasında görüş keçirilib. Görüş zamanı Rusiyanın Suriyada keçirdiyi əməliyyatların davam etdirməsi müzakirə edilib.

Bəşər Əsədin Moskvaya səfərinə ilk rəsmi münasibət bildirən isə, Türkiyə olub. Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ki, Bəşər Əsəd kaş Moskvada qalaydı: “Əsədin Mokvaya getməsi… Nə deyim? Kaş ki Moskvada uzun bir müddət qalaydı və bununla da Suriya xalqı rahatlanardı”.


Əhməd Davudoğlu – Türkiyənin baş naziri

Ümumiyyətlə, ABŞ və Türkiyədən başqa, Putinlə Əsədin iş birliyini region dövlətləri tərəfindən müsbət qarşılanmır. Dünyanın bir çox dövlətləri Rusiyanın Suriyada onların nəzarətində olan qruplaşmalara zərbə endirdiyini iddia edirlər. Amma Rusiya rəsmiləri bu məlumatları təkzib edir.

Sentyabrın 30-dan Rusiya qırıcıları Suriyada İŞİD-ə məxsus obiyektlərə hava zərbələri endirir. Suriya və Rusiya ordusunun ölkədə keçirdiyi hərbi əməliyyatlar nəticəsində İŞİD-in mövqelərindən geri çəkildiyi barədə məlumatlar yayılır.

Rusiyanın Suriyaya endirdiyi ilk aviazərbə

mənbə :
anspress

“Ağ ev” Putini tenqid etdi