22.10.2015 / 11:10 xeber –
Bu il Azərbaycanda lisenziyası olmadan fəaliyyət göstərən 29 stomatoloji kabinet aşkarlanıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdən qeyd ediblər ki, qanunsuz fəaliyyət göstərən stomatoloji kabinetlərdən 4-ü Bakı şəhərində yerləşir.
Həmin sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati təbdirlər görülüb.
mənbə :
lent.az