İçeriğe geçmek için "Enter"a basın

Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək

22-10-2015


22.10.2015 / 11:04 xeber –

"Bakı şəhərinin Heydər Əliyev prospektinə gəlir əldə etmək imkanına malik olan, səhmləri dövlətə məxsus səhmdar cəmiyyətlər də köçürüləcək".

Bunu “APA-Economics”ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

 

"Heydər Əliyev prospektində yerləşən qurumları təmiz dövlət orqanı saymaq olmaz. Onların bir hissəsi səhmdar cəmiyyətdir. Düzdür həmin müəssisələrin səhmləri dövlətə məxsusdur, lakin bu orqanlar gəlir əldə etmək imkanına malik səhmdar cəmiyyətlərdir və ya fondlardır. Onlar özlərinə, öz imiclərinə uyğun olaraq yeni yaraşıqlı bina tikə bilərlər ki, bu da həmin qurumun müəyyən bir potensialını göstərir. Bu, həm də dağınıq şəkildə olan müxtəlif xırda inzibati qurumlarının bir yerdə cəmləşdirməsinə imkan verir. Bütün bunlar iş nöqteyi-nəzərdən də məqsədəuyğundur", – deyə D. Dövlətxanov vurğulayıb.

 

Sədr müavini bildirib ki, gələcəkdə Heydər Əliyev prospektinə Mərkəzi Bank, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binası köçürüləcək.

 

mənbə :
lent.az

Dövlet sehmdar cemiyyetleri Heyder Əliyev prospektine köçürülecek