İçeriğe geçmek için "Enter"a basın

Britaniyalı deputat: 'Azərbaycanda əsaslı islahatlar aparılır'

30-01-2020

[r32]

30 Yanvar, 2020  18:19 xeber – Avropa Şurası ölkələrə tənqid deyil, kömək etmək üçün yaradıldığını göstərməlidir”. 

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü John Howell qurumun qış sessiyası zamanı Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı bildirib. 

Deputat Azərbaycanda əsaslı islahatlar aparıldığını və tərəqqqi yolunda olduğunu bildirib: “Bu hesabatın 9-cu paraqrafında göstərilir ki, Azərbaycan özünün məhkəmə sistemində islahatlar aparır. Eynilə həmin paraqrafda bildirilir ki, Azərbaycan Cinayət Məcəlləsini, həbsxanalarını yeniləyir. Burdan belə görünür ki, Azərbaycan açıq-aydın tərəqqi edir”. 

J.Howell AŞPA-nı Azərbaycanı yersiz tənqid etməkdə günahlandırıb: “Bundan əvvəlki müzakirələrdə gördük ki, Polşa, Moldova və Gürcüstanın da məhkəmə sistemlərində islahatlar keçirilir. Burda ölkələr ya sürətlə irəliləməkdə ittiham edilir, yaxud da kifayət qədər sürətlə irəliləməməkdə. Mən hesab etmirəm ki, burdakı yanaşma ardıcıl yanaşmadır. Biz Azərbaycanda məhkəmə sistemində aparılan islahatları dəstəkləməliyik. Məhkəmə dövlətin əlində deyil. Avropa Şurası göstərməlidir ki, ölkələrə kömək etmək üçündür, tənqid etmək üçün deyil”.



mənbə :
Report.az

Britaniyali deputat: ‘Azerbaycanda esasli islahatlar aparilir’