İçeriğe geçmek için "Enter"a basın

ŞOK: Türkiyə polisi Ankara terrorunun baş verəcəyini 20 gün əvvəldən bilirmiş - RƏSMİ SƏNƏD

22-10-2015


22.10.2015 / 11:02 xeber –

Sentyabrın 17-də bütün polis idarələrinə bununla bağlı xəbərdarlıq yazısı göndərilib

Oktyabrın 10-da Ankarada törədilmiş terror aktı ilə bağlı şok sənəd ortaya çıxıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, “Fox” telekanalının ana xəbər bülletenində qətliamla bağlı bəzi sənədlər yayımlanıb. Sənədlərdən məlum olur ki, Türkiyənin hüquq-mühafizə orqanları törədiləcək terror aktı ilə bağlı 17 sentyabrdan məlumatlı olub.

 

Həmin tarixdə polis bölmələrinə göndərilən sənəddə İŞİD-in üzvü olan “canlı bomba”ların bir mitinq zamanı özünü partlada biləcəyi qeyd edilir. Xəbərdə qeyd edilir ki, bu sənəd sentyabrın 17-də Türkiyənin bütün polis idarələrinə göndərilib. Rəsmi sənəddə yazılıb ki, İŞİD terror təşkilatı Türkiyədə böyük terakt törətmək barədə qərarf verib. Sənəddə deyilir: Planlanan teraktın bir təyyarə və ya gəmi qaçırma olacağı və ya böyük mitinqlərdən birində eyni anda bir neçə canlı bombanın özünü partladaraq dəhşətli qətliam törətməyə çalışacağı…"

 

 

mənbə :
lent.az

: Türkiye polisi Ankara terrorunun baş vereceyini 20 gün evvelden bilirmiş – RƏSMİ SƏNƏD