İçeriğe geçmek için "Enter"a basın

DƏHŞƏT: 11-ci sinif şagirdi qadın müəllimini al-qana boyadı - Azərbaycanda

22-10-2015


22.10.2015 / 10:23 xeber –

Hadisə Bakının Xətai rayonunda baş verib

 

 

 

Xətai rayonu 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib.

 

Lent.az-ın moderator.az-a istinadən xəbərinə görə, 11-ci sinif şagirdi olan oğlan öz müəllimini vəhşicəsinə döyüb.

 

Svetlana adlı fizika müəllimi şagirdin nizam-intizamdan şikayət edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib. Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib. Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər.

mənbə :
lent.az

DƏHŞƏT: 11-ci sinif şagirdi qadın müellimini al-qana boyadı – Azerbaycanda