İçeriğe geçmek için "Enter"a basın

Daha bir polis rəisi işdən çıxarılıb

22-10-2015


22.10.2015 / 10:18 xeber –

Bakıda daha bir polis rəisi işdən çıxarılıb.

 

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubovəmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.

mənbə :
lent.az

Daha bir polis reisi işden çıxarılıb