09:51 xeber – “Sağ qalmış” adlı yeni filmin çəkilişləri zamanı məşhur aktyor Leonardo Di Kaprio heç zaman ağlına belə gətirmədiyi hərəkətləri etməyə məcbur olub. Filmin çəkilişləri haqqında o, məşhur “Yahoo! Movies” jurnalına müsahibəsində bunu etiraf edib.
Azadlıq.az xəbər verir ki, anspress-in jurnala istinadən verdiyi məlumata görə, rejissor Alexandro Qonsales İnyarittu filmin çəkilişləri zamanı aktyorlardan, xüsusilə Leonardodan maksimum təbiilik tələb edib. Di Kaprio bildirib ki, filmin təxminən 30-40 səhnəsində öz istəklərindən, prinsiplərindən keçməli olub. Buna görə də “Sağ qalmış” filmi karyerasının ən çətin işi hesab oluna bilər.
Aktyor filmə görə ölülərin üzərində uzanmalı olduğunu, bizonun çiy ciyərini yediyini ikrah hissi ilə xatırlayıb:
“Mən ölülərin üzərində yatmışam, buzlu çayda çimmişəm. Hətta bizonun ciyərini belə çiy yemişəm. Çəkilişlər boyunca soyuqdan donurdum. Alexandro kadrda nəyi görmək istədiyini yaxşı bilirdi deyə, heç kimə güzəştə getmirdi.”
Leonardo Di Kaprio “Sağ qalmış” filmin çəkilişləri zamanı
40 yaşlı aktyorun film naminə verdiyi qurbanlardan biri də saqqalından imtina etməsi olub. Filmin bu ilin 25 dekabrında ekranlara çıxacağı gözlənilir.
“Sağ qalmış” filmin çəkilişləri zamanı
1974-cü il noyabrın 11-də Los-Ancelesdə dünyaya gələn Leonardo Di Kaprio uşaq olarkən reklam çarxlarına çəkilməyə başlayıb. Kinoya da çox erkən – 6 yaşında gələn Leonardonun ilk rolu “Santa-Barbara” teleserialında Meyson Kepvelin uşaqlığı olub. Hansıki, Meyson Kepvel rolunu canlandıran Leyn Devis rejisor Vahid Mustafa Yevin olduğu “Qanlı Yanvar” filmində jurnalsit kimi çəkilib
İlk dəfə “Oskar” mükafatına namizədliyi də 19 yaşında ikən “Qilbert Qreypi nə qıcıqlandırır?” adlı filmdəki roluna görə irəli sürülüb. “Avator” və “Qanlı almaz” filmlərindəki rolları da daxil olmaqla, 3 dəfə “Oskar”a namizədliyi irəli sürülsə də, Leonardo di Kaprio hələ bu mükafatı ala bilməyənlərin siyahısındadır.
Aktyora dünya şöhrəti gətirən rolları isə 1995-ci ildə “Romeo və Cülyetta”, 1997-ci ildə isə “Titanik” filmlərində canlandırdığı obrazlar olub.
Leonardo Hollivudda yaraşıqlı olması ilə yanaşı, ağıllı olması ilə də seçilir.
mənbə :
anspress