İçeriğe geçmek için "Enter"a basın

Terrorçular polis şöbəsini partlatdılar - FOTO

22-10-2015

08:28 xeber – Türkiyə Hakkari vilayətinin Şemdinli rayonunda PKK terrorçuları rayon polis şöbəsinin qarşısında partlayıcı ilə yüklənmiş avtomobili partladıblar. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hadisə rayon mərkəzində yerli vaxtla saat 20.00-də (Bakı vaxtıyla 22.00) baş verib. Hadisə nəticəsində insan tələfatı və yaralanma faktı qeydə alınmasa da binada dağıntı baş verib.

Partlayışdan sonra bölgədə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma olub. Hazırda terrorçuların tapılaraq ələ keçirilməsi üçün bölgədə əməliyyatlar davam edir.

Bu il iyulun 20-də Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 30 nəfər ölüb, 104 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alımışdı.

Bundan sonra PKK terrorçuları hadisəni hökumətin sifarişi ilə İŞİD terror qruplaşmasının törətdiyini iddia edərək təhlükəsizlik qüvvələri və hərbçilərə qarşı intensiv hücumlara başlamışdı. PKK-nın hücumlarını cavabsız qoymayan Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus hərbi aviasiya və quru qoşunları terrorçulara qarşı əməliyyatlara başlamışdı.

Hücumlar zamanı yüzlərlə TSK mənsubu və polis dünyasını dəyişib, əməliyyatlar nəticəsində minə yaxın terrorçu məhv edilib.

mənbə :
anspress

Terrorçular polis şöbesini partlatdılar – FOTO