İçeriğe geçmek için "Enter"a basın

Seldə evi uçan ailə evsiz və sənədsiz qaldı

22-10-2015

07:56 xeber – Senyabrın 16-da Qusarda baş verən güclü sel nəticəsində evi uçan ailə rəsmi qurumların laqeydliyindən narazıdır.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Cəfər Salahov 15 ildir ailəsilə birlikdə Qusar şəhərinin Əzizbəyov küçəsindəki 1 saylı evdə kirayədə yaşayırdı. Bu ilin sentyabrında güclü yağışdan sonra gələn sel nəticəsində ev uçub. Bütün sənədləri və evəşyaları, pal-paltarları sel suları altında qalıb.

Hadisədən sonra onlar rayon icra hakimiyyəti tərəfindən bir neçə günlük müddətə evlə təmin edilsələr də, indi ailə çox çətin durumdadır.

Şikayətcinin sözlərinə görə, icra hakimiyyətinin təklif etdiyi internat məktəbinin binasında onlara qalmaq üçün şərait yaradılmadığından rayon təhsil şəbəsinin balansında olan qəzalı köhnə otağa sığınmağa məcbur olub.

Qusar fövqəladə halla komissiyasının sədri Şahid Fərəməzovun qəbuluna düşə bilmədiklərini deyən Cəfər və Elnarə Salahovlar qışın yaxınlaşdığı bir vaxtda yardıma ciddi ehtiyacları olduqlarını bildirilər.

“Mənə dedi ki, yaxınlaşarsan cinayət-axtarış bölməsinə və ordan sənəd götürürsən ki, həqiqətən də sənədlərin itib. Mən terrorçu, dustaq deyiləm. Mənim cinayət-axtarış bölməsində nə işim var?”, – deyə Cəfər Salahov bildirib.

“Pis vəziyyətdəyik, nə qaz, nə də su var. İki uşaqla çətin vəziyyətdə qalmışıq. Heç bir köməklik göstərilmir. Bir necə dəfə icraya getsəm də məni bir kimsə qəbul etməyib”, – deyə zərərçəkən Elnarə Salahova qeyd edib.

Biri 10 aylıq, digəri isə yaş yarımlıq iki uşağı olan Salahovlar ailəsinin selin uçurduğu kirayə evlərinin çökmüş yerinə də, indi onların müvəqqəti sığındığı qəzalı otağa da baş çəkdik.

Təhsil şöbəsinin balansında olan otaq adlandırılan yerdə insan, necə yaşayır? özü də körpə uşağı olan ailə. Ailə otağa qapı-pəncərə salıb, taxta hasara alsa da, soyuq aylarda burda yaşayıb sağ qalmaq inandırıcı deyil.

Amma Qusar fövqəladə halla komissiyasının sədri Şahid Fərəməzov barəsində deyilənlərin heç bir həqiqətə söykənmədiyini dedi:

“Bu yoldaşlar dəfələrlə mənim yanımda olublar. Onları həm kabinetdə, həm də zalda qəbul eləmişəm. Onları öz maşınımda oturdub həmin yerləri də onlara yer göstərmişəm. Sadəcə onlar bu yerlərdə qalmaqla fikirləşirlər ki, gələcəkdə də onları çıxara bilməz, daimi istəyirlər”.

Sonda Şahid Fərəməzovu ailənin problemini diqqətdə saxlayacaqını da bildirdi.

mənbə :
anspress

Selde evi uçan aile evsiz ve senedsiz qaldı