İçeriğe geçmek için "Enter"a basın

Tramp İsrailin baş naziri və müxalifət rəhbəri ilə görüşəcək

26-01-2020

[r32]

26 Yanvar, 2020  23:30 xeber – ABŞ prezidenti Donald Tramp 27 yanvarda İsrailin baş naziri, hakim Likud Partiyasının sədri Binyamin Netanyahu və Kahol-Lavan müxalifət blokunun rəhbəri Beni Qansla görüşəcək.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bundan əvvəl Ağ Ev görüşlərin yanvarın 28-də keçiriləcəyini bildirmişdi.

Trampın Netanyahu və Qansla əsrin sazişi adlandırılan – ABŞ-ın Fələstin-İsrail münaqişəsini həll etmək planının detallarını müzakirə edəcəyi gözlənilir.

Əvvəlcə Amerika prezidenti baş naziri, sonra isə müxalifət liderini qəbul edəcək. Agentliyin məlumatına görə, prezident planın təfərrüatlarını onlarla bölüşəcək.

Donald Trump barışıq planını bu yazda elan etməyi planlaşdırır.



mənbə :
Report.az

Tramp İsrailin bas naziri ve muxalifet rehberi ile gorusecek