İçeriğe geçmek için "Enter"a basın

Madaqaskarda güclü yağış səbəbindən 30-dan çox adam ölüb

26-01-2020

[r32]

26 Yanvar, 2020  22:30 xeber – Madaqaskarda leysan yağışlar 31 nəfərin ölümünə səbəb olub, doqquz nəfər isə itkin düşüb.

“Report” un xəbərinə görə, bu barədə “RFI” radionun Afrika şöbəsi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib. Məlumata görə, 100 mindən çox insan təbii fəlakətdən zərər çəkib.

Təbii fəlakətin baş verdiyi ərazilərin sakinləri təxliyə edilir.

Adada yağışlar bir neçə gün dayanmadan yağıb. Nəticədə minlərlə ev və bina dağılıb və ya su altında qalıb.

Məktəblərin çoxu bağlanıb, yeddi mindən çox insan evsiz qalıb.



mənbə :
Report.az

Madaqaskarda guclu yagis sebebinden 30-dan cox adam olub