İçeriğe geçmek için "Enter"a basın

Çinin Vuhan şəhərini 5 milyondan çox insan tərk edib

26-01-2020

[r32]

26 Yanvar, 2020  19:44 xeber – Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) və Yeni il bayramına görə Vuhan şəhərini 5 milyondan çox insan tərk edib.

“Report” xəbər verir ki, bu barədə şəhərin meri Cjou Syanvan məlumat verib.

Onun sözlərinə görə, hazırda şəhərdə 9 milyon sakin qalıb. O, həmçinin əlavə edib ki, virusa yoluxanların sayı daha min nəfər arta bilər:

“Hazırda 2209 nəfər virusa yoluxma şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Onların analizlərinin cavabını gözləyirik. Bunun üçün müəyyən vaxt lazımdır. Eyni zamanda 637 pasiyentdə yüksək qızdırma müşahidə olunur.

Hal-hazırda yoxladığımız 2.7 min insanın 45 faizinə % virusa yoluxma diaqnozu qoyulacaq. Odur ki, müalicəyə daha minə yaxın insan cəlb edilə bilər”. 



mənbə :
Report.az

Cinin Vuhan seherini 5 milyondan cox insan terk edib