İçeriğe geçmek için "Enter"a basın

Malidə hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı öldürülüb

26-01-2020

[r32]

26 Yanvar, 2020  15:51 xeber – Malidə silahlıların hərbi düşərgəyə hücumu zamanı təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Agency France Presse“ hərbi dairələrdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Sequ regionunun Sokolo şəhərindəki hərbi düşərgədə baş verib.

“Terrorçuların Sokolo düşərgəsinə hücumu zamanı azı 15 hərbçi öldürülüb”, – mənbə bildirib. O, əlavə edib ki, silahlılar özləri ilə düşərgənin silahlarını və hərbi ləvazimatlarını da aparıblar. 



mənbə :
Report.az

Malide hucum neticesinde tehlukesizlik quvvelerinin 15 emekdasi oldurulub