İçeriğe geçmek için "Enter"a basın

Türkiyədən təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır - YENİLƏNİB

26-01-2020

[r32]

26 Yanvar, 2020  13:11 xeber – Türkiyənin zəlzələ zonasından təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“Elazığ və Malatya şəhərlərindəki zəlzələ zonasından təxliyə olunan tələbələrimiz və digər vətəndaşlarımız artıq Naxçıvandadırlar. Naxçıvan aeroportunda onlar üçün ayrılmış təyyarə ilə Bakıya yola salınacaqlar”, – deyə səfirlik bildirib.


***09:50

Türkiyənin zəlzələnin baş verdiyi Elazığ şəhərindən yola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıb. 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi məlumat yayıb.

“Elazığdan oyla çıxan ilk avtobusdakı 42 tələbəmiz artıq Naxçıvana çatdırılıb”, – deyə səfirliyin məlumatında bildirilir. Qeyd edək ki, Malatyada təhsil alan azərbaycanlı tələbələr də ötən gün vətənə yola salınıb.



mənbə :
Report.az

Turkiyeden texliye olunan azerbaycanli telebeler ve diger vetendaslar artiq Naxcivandadir – YENİLENİB