İçeriğe geçmek için "Enter"a basın

Nazirdən erməni futbolçu ilə bağlı məsələyə reaksiya

21-10-2015

17:06 xeber – Gənclər və İdman naziri Azad Rəhimov “Borussiya” klubunun futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməməsi barədə məsələyə münasibət bildirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə nazir “Borussiya” rəsmilərinin siyasi amilləri səbəb göstərməsi ilə razılaşmayıb:

Nazir qeyd edib ki, Bakıda ilk dəfə güləş üzrə dünya çempionatı keçiriləndə Ermənistanın böyük nümayəndə heyəti gəlmişdi. Həmin vaxt Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası ilə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən birgə memorandum imzalanmışdı. Azərbaycan isə təhlükəsizlik zəmanəti vermişdi.

“Yadınızdadırsa, bir neçə il öncə İrəvanda keçirilmiş cüdo üzrə Avropa çempionatı ilə əlaqədar Ermənistan paytaxtında səfərdə olmuşdum. Yəni, idman sahəsində ikitərəfli təhlükəsizlik məsələləri həll olunub. Hansı komanda hansı idmançını nə səbəbə görə gətirmirsə, o, bizə aid məsələ deyil. Azərbaycan təhlükəsizlik məsələlərini tam təmin etdiyini və bu məsələlərdə ən sakit dövlət olduğunu dəfələrlə göstərib”.

Bir müddət əvvəl “Borussiya” klubunun icraçı direktoru Yoahim Vatske Mxitaryanın Bakıya gəlməyəcəyini bildirib. Klub rəsmisi futbolçunun Bakıya gəlməməsinin səbəbi kimi Mxitaryanın təhlükəsizliyi ilə bağlı narahatçılıqların olduğunu göstərib. Ancaq buna reaksiya verən “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov “Borussiya”nın kluba erməni futbolçu ilə bağlı müraciət edilmədiyini bildirib.


Henrix Mxitaryan “Borussiya” klubunun futbolçusu

mənbə :
anspress

Nazirden ermeni futbolçu ile bağlı meseleye reaksiya