İçeriğe geçmek için "Enter"a basın

Cəbhə rayonları hazır vəziyyətə gətirilib

21-10-2015

16:45 xeber – Cəbhə xəttində yerləşən Ağdam və Tərtər rayonlarının əhalisinin bu il payız- qış mövsümündə qaz və işıq sarıdan problem yaşayacağı gözlənilmir.

ANS PRESS-ə bunu rayonları qaz və elektrik enerjisi ilə təchiz edən müvafiq idarələrin rəsmiləri deyib. Ağdam elektrik şəbəkəsindən verilən məlumata görə, hazırda Quzanlı qəsəbəsi və kəndlər qəza halları istisna olunmaqla, fasiləsiz 24 saat elektrik enerjisi ilə təmin olunur. Eyni qayda ilə qış aylarında da elektrik enerjinin fasiləsiz verilməsi davam edəcək.

Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdam elektrik şəbəkəsinin rəisi Bəxtiyar İbrahimov ANS PRESS-ə deyib ki, il ərzində 250-yə yaxın istismara yararsız elektrik dirəkləri yeniləri ilə əvəzlənib.15 ədəd yeni transformator quraşdırılıb. Yarımstansiyalarda cari təmir işləri yekunlaşıb. B.İbrahimovun sözlərinə görə, qış mövsümündə elektrik enerjisinə olan təlabatın artacağını nərərə alaraq ehtiyyat tədbirlər də görülüb:”Ağdam elektrik şəbəkəsində 3 ədəd 110 yarımstansiya var ki, bu yarımstansiyaların da hər birində əlavə yük götürən transformatorlar var.”


Müasir tipli yeni transformatorlar

Tərtər rejonal qaz istismar idarəsində də bu qışla bağlı nikbindirlər. İdarədən verilən məlumata görə, Ağdam rayonunun Azərbaycanın nəzarətində olan bütün yaşayış məntəqələri mavi yanacaqla təchiz olunub. Tərtər rayonunda da bu il daha 10 yaşayış məntəqəsinə qaz verilib. Hazırda rayonun 15 kəndinə təbii qazın çəkilişi davam edir və işlər bu ilin dekabr ayında yekunlaşacaq.


Kəndlərə qaz çəkilişi davam edir

Tərtər rayon təhsil şöbəsindən də ANS PRESS-ə bildiriblər ki, payız-qış mövsümü ilə əlaqədar hazırlanmış tədbirlər planı əsasında 10-adək orta məktəbdə cari təmir işləri aparılıb. Rayondakı 47 təhsil müəssiəsindən 18-i qış aylarında qaz və maye yanacaqla qızdırılır. 29 məktəb isə rayon maliyyə idarəsinin ayırdığı vəsait hesabına odunla təmin edilib. Tərtərin qazla təhciz olunmayan kəndlərində apardığımzı müşahidələr zamanı isə əhalinin qış üçün odun tədarükü gördüyünün şahidi olduq.


Əhali odun tədarükü görür

Ümid edək ki, bölgənin tezliklə bütün yaşayış məntəqələri təbii qazla təmin olunar. İndi rastlaşdığımız odun qalaqlarını isə qaz sobaları əvəz edər.

mənbə :
anspress

Cebhe rayonları hazır veziyyete getirilib