İçeriğe geçmek için "Enter"a basın

4 aptekin fəaliyyəti dayandırılıb

21-10-2015


21.10.2015 / 16:21 xeber –

 

“Yoxlamalar zamanı 4 aptekin fəaliyyəti dayandırılıb”.

 

Lent.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib.

P.Əzizbəyov bildirib ki, cari ildə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi tərəfindən yanvar ayından oktyabrın 1-ə kimi ümumilikdə 109 aptek müəssisəsində yoxlama keçirilib. Yoxlamalar nəticəsində xüsusi lisenziya olmadan qeyri qanuni əczaçılıq fəaliyyət göstərən 4 aptek müəssisəsi aşkarlanıb: “ Bu apteklərin fəaliyyəti dayandırılıb və bu müəssisələr barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib”.

Bəzi apteklərdə dərman vasitələrinin reseptsiz satışının aşkarlandığını qeyd edən P.Əzizbəyov deyib ki, təxminən 20 aptekdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satıldığı aşkar edilib. Və belə satışla məşğul olan apteklərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

P.Əzizbəyovun sözlərinə görə, ümumilikdə yoxlamalar nəticəsində apteklərdə dövlət qeydiyyatına alınmamış və yararlıq haqqında analiz protokolu olmayan 2200 qutu dərman preparatı satışdan çıxarılıb.

P. Əzizbəyov apteklərdə qiyməti tənzimlənmiş dərman vasitələrinin tapılmamağı məsələsinə fikir bildirərək deyib ki, dərman vasitələrinin qıtlığı barəsində danışmaq düzgün deyil: “Ola bilsin ki, müəyyən bir aptekdə axtarılan dərman olmasın, ancaq eyni təsiredici maddəyə malik, müxtəlif adlarda, müxtəlif ölkənin istehsalı olan və qiymətləri fərqli olan alternativ dərmanlar mövcuddur və həkim məsləhəti ilə bunlar alınıb istifadə edilə bilər. Müəyyən aptekdə bir dərman olmaya bilər, başqa aptekdə o dərman mütləq var”.

 

 

mənbə :
lent.az

4 aptekin fealiyyeti dayandırılıb