İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan dünya ölkələri arasında

21-10-2015

16:00 xeber – Azərbaycanın 3 universiteti beynəlxalq təşkilatlardan biri – “QS World University Rankings”in reytinq siyahısında yer alıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, siyahıda Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf Etməkdə Olan Ölkələrinin universitetləri göstərilib. Siyahı artıq ikinci ildir ki, tərtib edilir.

Həmin siyahıda Azərbaycanın Qafqaz Universiteti 78-ci, Bakı Dövlət Universiteti (BDU) 83-cü, Azərbaycan Dillər Universiteti isə 101-ci yerdə qərarlaşıb. İlk onluq isə aşağıdakı kimidir:

1. Lomonosov adına Moskva Dövlət Universiteti (Rusiya)
2. Novosibirsk Dövlət Universiteti (Rusiya)
3. Karlov universiteti (Çex Respublikası)
4. Tartu Universiteti (Estoniya)
5. Sankt-Peterburq Dövlət Universiteti (Rusiya)
6. Varşava Universiteti (Polşa)
7. Yagellon Universiteti (Polşa)
8. Çexiya Texniki Universiteti (Çex Respublikası)
9. Masaryk Universiteti (Çex Respublikası)
10. Moskva Fizika və Texnologiya universiteti (Rusiya)

Ümumilikdə siyahıda Çexiya və Rusiya ali təhsil müəssisələri çoxluq təşkil edir.

“QS World University Rankings” reytinqin tərtib olunmasında bir neçə meyarı əsas götürür: akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı.

Azərbaycanın universitetləri artıq ikinci ildir ki, bu siyahıya düşür. Bundan əvvəl Round University Ranking dünya universitetlərinin reytinq cədvəlini açıqlamışdı. Həmin siyahıda BDU 750 universitet içərisində 656-cı yerdə idi.


Round University Ranking-in siyahısında BDU-nun yeri

QS Quacquarelli Symonds araşdırmaçılarının sözlərinə görə, bu araşdırmalarda məqsəd dünyada təhsil haqqında daha dəqiq və dərin təsəvvür yaratmaq, Şərqi Avropa və Mərkəzi Asiya universitetlərinin qlobal potensialını üzə çıxarmaq üçündür.

Siyahıda 20 ölkənin universitetləri nəzərə alınıb: Azərbaycan, Belarus, Bolqarıstan, Bosniya və Hersoqovina, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Polşa, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Xorvatiya, Çexiya və Estoniya.

Regionun ali təhsil müəssisələri araşdırılarkən universitetlərin öz inkişaf prioritetlərinin olması, bunların Qərbi Avropa və Amerika prioritetlərindən fərqlənə biləcəyi nəzərə alınıb.

Quacquarelli Symonds (QS) – Britaniya şirkətidir. Karyera inkişafı və “təhsil istiqamətinin seçimi” sahəsində ixtisaslaşıb. Təxminən 10 ildir ki, təşkilat hər il dünya universitetlərinin reytinqini hazırlayır.

mənbə :
anspress

Azerbaycan dünya ölkeleri arasında