21.10.2015 / 15:31 xeber –
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Camal Eynullayevin məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən C.Eynullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2014-cü ildə baş verib. Bakıda “Milli Park”ın ərazisində şəxsiyyəti məlum olmayan şəxs Bakı şəhər sakini Qabil Quliyevi bıçaqla hədələyərək 230 manatını alıb. Səbail rayonu 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Camal Eynullayev tutulub.
C.Eynullayev 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.
mənbə :
lent.az