15:22 xeber – Rauf Mirqədirovun cinayət işi məhkəməyə göndərildi.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə materiallar artıq məhkəməyə göndərilib. Bu barədə vəkil Fuad Ağayev deyib.
Rauf Mirqədirov keçən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.
Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı yaydığı məlumatda deyilir: Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin, dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Jurnalistə 3 aylıq həbs
Həbsdə olduğu müddətdə jurnalist bəyanat yayıb. Bəyanatda deyilir:
“Məni Türkiyə Cümhuriyyəti ərazisində vəkil xidmətlərindən istifadə hüququndan məhrum edən qərar Avropa Şurasının coğrafi məkanında görünməmiş bir hadisədir. Nəzərinizə çatdırmaq istərdim ki, prokurorluq və mənim məhkəmə iclasında iştirakımı təmin etməkdən boyun qaçıran hakim bu qərarı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədarətinin və prezident İlham Əliyevin Strasburqa Avropa Şurası PA-nın növbəti sessiyasında iştirak etmək üçün səfəri ərəfəsində verilib. Düşünürəm ki, prokurorluğun və hakimin bu qərarı və hərəkətləri Azərbaycanın milli dövlət maraqları baxımından araşdırılmalı və layiqincə dəyərləndirilməlidir”.
Rauf Mirqədirovun vəkili jurnalistin azad olunması üçün Nəsimi Rayon məhkəməsinə də müraciət etsə də, lakin Nəsimi rayon məhkəməsində hakim Pərviz Hüseynov şikayəti təmin etməyib.
“Mən Rauf Mirqədirovun günahsızlığına inanıram. O, Azərbaycanın müstəqilliyi uğrunda əlində qələm mücadilə aparıb, bu dövlətə şərəflə xidmət edib. Raufun həbsi, Azərbaycan düşmənlərinin dəyirmanına su tökməkdir”, – deyə Fuad Ağayev bildirib.
Rauf Mirqədirovu yalnız atası dünyasını dəyişəndə 3 günlüyə azadlığına icazə verilib.
Rauf Mirqədirovun atasının dəfnində iştirak etməsi
mənbə :
anspress