İçeriğe geçmek için "Enter"a basın

Yolu keçmək istəyən qadını maşın vurub

21-10-2015

14:22 xeber – Yolu keçmək istəyən piyada xəstəxanaya yerləşdirildi.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, paytaxtın Nizami rayonu 8-ci km bazarının yaxınlığında piyadanın vurulması ilə nətəcələnən yol nəqliyyat hadisəsi baş verib. Vüqar İbişovun idarəetdiyi VAZ 21-07 markalı avtomobil yolu keçmək istəyən 56 yaşlı Kərimova Məhəbbət Qafar qızını vurub. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə 3 Saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb.

Həkim Ramella Məmmədova yaralının vəziyyətinin ağır olduğunu və reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

Hadisəni törədən VAZ 21-07 markalı avtomobilin sürücüsü Vüqar İbişov ifadəsi alınması üçün Nizami Rayon Polis İdarəsinə, avtomobil isə cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

mənbə :
anspress

Yolu keçmek isteyen qadını maşın vurub