İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan peykini Kanada inşa edəcək

21-10-2015

14:16 xeber – “Azərspace-2” telekommunikasiya peykinin tikilişini bu dəfə Kanadanın “Space Systems/Loral” (SSL) şirkəti boynuna götürüb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə “Azərkosmos” ASC-nin məlumatında deyilir. “Kanadanın MDA korporasiyasına məxsus olan, kommersiya peyklərinin aparıcı təchizatçısı “Space Systems/Loral” (SSL) şirkəti “Azerspace-2” peykinin dizaynını hazırlayacaq və istehsal edəcək. Bu peyk “Azərkosmos”u regionda peyk tutumlarına artan tələbatı qarşılamaq üçün əlavə tutumla təmin edəcək və müştərilərimizə daha yüksək keyfiyyətli radio, televiziya və rabitə xidmətləri göstərməyimizə imkan yaradacaq”, – deyə məlumatda qeyd olunur.

Peykin dizaynı yüksək etibarlı SSL 1300 peyk platformasına əsaslanacaq ki, bu da öz növbəsində çoxsaylı tətbiqlərdən və yüksək texnologiyalardan istifadə imkanları yaradır.

“Azerspace-2” peyk layihəsi Kanadanın “Export Development Canada” (“EDC”) ixrac-kredit agentliyi tərəfindən uzunmüddətli və güzəştli kredit xətti vasitəsilə maliyyələşdiriləcək. Peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.


“Azərspace-2”

Bir müddət əvvəl Azərbaycanın milli peyk operatoru “Azərcosmos” tikinti və ikinci peykin işə salınması üçün Orbital ATK-la danışıqlar apardığını demişdi. Həmin şirkət isə Amerika bankı “Exİm”in maliyyə dəstəyi “Azərspace-2”-ni istehsal edəcəkdi.

Lakin cari ilin sentyabrın 25-dən ABŞ konqresi “Exİm” bankının böyük layihələrə ayırdığı kreditlərə veto qoyub. Konqres hesab edir ki, bank öz səlahiyyətləri sərhədini aşır və böyük korporasiyaların biznes-maraqlarının müdafiəçisinə çevrilir.

Elə bu səbəbdən də Orbital ATK də “Azərcosmos” ilə olan razılaşmanı pozmalı olub. Bu barədə şirkətin vitse-prezidenti Ted Makfarland deyib.


Ted Makfarland – Orbital ATK şirkətinin vitse-prezidenti

“Azərkosmos”dan ANS PRESS-ə verilən məlumata görə, şirkət strateji inkişafının genişləndirilməsi məqsədi ilə, 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2″ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırır. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.

“Azerspace-2” regionda hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1″in orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, “Azerspace-2” sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

mənbə :
anspress

Azerbaycan peykini Kanada inşa edecek