14:07 xeber – Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Toyota” ciddi problemlə üzləşib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, yapon avto konserni 6,5 milyon maşınını geri çağırır.
Buna səbəb isə maşınların pəncərə nəzarət düymələrində olan nöqsandır. İstehsal edilən avtomobillər yenidən xidmət mərkəzlərinə toplanacaqlar. Bu problem avtomobillərdə qısaqapanma və yanğın riski yarada bilər.
Toyota maşınlarının yığılması prosesi
Geri çağrılan modellər arasında “Yaris”, “Corolla”, “Camry”, “Matrix”,”RAV4″, “Highlander”, “Tundra”, “Sequoia” və “Scion xB” modelləri var. Geri çağrılan maşınlar 2005-ci ilin yanvar – 2010-cu ilin dekabr aylarında istehsal ediliblər.
Adıçəkilən şirkətin avtomobilləri Azərbaycanda da geniş yayılıb. Hələlik geri çağırılanlar arasında Azərbaycana göndərilən maşınların olub olmadığı isə bəlli deyil.
“Toyota Camry – 2010”
Ümumilikdə 2,7 milyon maşın Şimali Amerika, 1,2 milyon Avropa 600 min maşın isə Yaponiyadan geri çağırılacaq.
Xatırladaq ki, bir müddət öncə digər bir nəhəng avtomobil istehsalçısı olan “Volkswagen”də də problem yaranmışdı.
Bəzi hesablamalara görə, şirkətə məxsus 11 milyon dizel model avtomobilin işində qüsur aşkar edilib. Bu qüsurlu avtomobilərin bazarda yerləşdirilməsinə görə tətbiq olunan cərimənin məbləği isə 18 milyard dollar dəyərində hesablanır.
Dizel mühərrikli “Volkswagen” avtomobilərinin normal fəaliyyəti zamanı ortaya çıxan tullantıların həcminin testlər aparılarkən əldə olunan göstəricilərdən daha yüksək olduğu ortaya çıxıb.
“Volkswagen” maşınları 2016-ci ilin əvvəlindən geri çağıracaq.
“Volkswagen” zavodu
Adıçəkilən şirkətin yeni sahibi Matias Müller jurnalistlərə müsahibəsində bildirib ki, dizel mühərriki ilə işləyən 11 milyon avtomobil və mikroavtobusların, sadəcə, proqram təminatını yeniləmək lazımdır. Bundan başqa, maşınlara yeni ehtiyat hissələri quraşdırılmalıdır.
Bir müddət əvvəl ABŞ-ın nəhəng avtomobil konserni “General Motors” Şimali Amerika bazarlarından daha 60 min avtomobilini geri çağırıb. Buna səbəb isə əsasən alışma sistemindəki problemlər olub.
mənbə :
anspress