İçeriğe geçmek için "Enter"a basın

Bəşər Əsəddən gözlənilməz səfər

21-10-2015

13:08 xeber – Suriya prezidenti Bəşər Əsəd ötən gecə Moskvaya səfər edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmtiri Peskov bildirib.

Onun sözlərinə görə, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Bəşər Əsəd arasında görüş keçirilib.

Görüş zamanı Rusiyanın Suriyada keçirdiyi əməliyyatların davam etdirməsi müzakirə edilib.

D.Peskov deyib ki, danışıqlarda Rusiyanın yüksək vəzifəli rəhbərliyi iştirak edib: “Danışıqlar kifayət qədər uzun sürüb. Müzakirə edilən mövzu isə tam aydındır”.

Bəşər Əsədin səfəri barədə mətbuatda məlumatlar yazılmayıb. Bu Suriya rəsmisinin ölkə xaricinə ilk qəfil və planlaşdırılmamış səfəri deyil. 2013-cü ilin yayında Bəşər Əsədin İrana gizlin səfər etdiyi barədə məlumatlar yayılmışdı. Amma həmin vaxt İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi bəzi xarici KİV-lərdə Suriya prezidenti Bəşər Əsədin İrana gizli səfəri ilə bağlı yayılan məlumatları təkzib edib.


Suriya prezidenti Bəşər Əsəd və Rusiyanın dövlət başçısı Vladimir Putin

Məlumata görə, Putin və Əsəd arasındakı görüşü işıqlandırmaq üçün xarici jurnalistlər dəvət edilməyib. Kreml ancaq öz foto və məlumatlarını yayıb. Maraqlıdır ki, səfər barədə məlumat Əsəd ölkəsinə qayıtdıqdan sonra yayılıb.

Putinlə Bəşər Əsədin görüşü barədə məlumat verən Dmtiri Peskov bildirib ki, müzakirə edilən mövzu isə tam aydındır. Bu isə Rusiyanın Suriya ərazisində əməliyyatlarını daha da genişləndirməsi ilə bağlı müzakirələrin aparıldığını deməyə əsas verir. Rusiya rəsmiləri dəfələrlə açıqlama veriblər ki, əgər İraq hökümətində İŞİD-ə qarşı mübarizə üçün kömək istəyərsə, bunu etməyə hazırıq. Hərbi əməliyyatların genişləndiriləcəyinə ABŞ və Rusiya arasında əldə olunan razılıqda əsas verir. Pentaqonun yaydığı məlumatda bildirilir ki, Suriya hava sahəsində iki ölkənin qırıcıları arasında yaranacaq toqquşmaların minimuma düşürülməsi üçün Moskva və Vaşiqnton rəsmiləri arasında razılıq əldə olunub. Pentaqon rəsmi Moskvanın istəyi ilə razılaşma mətninin detalları barədə açıqlama yaymayıb. Razılıqın əldə edildiyi gecə Bəşər Əsəd Rusiyaya qəfil səfərə gedib. Putinlə Bəşər Əsəd arasında həm geniş həmdə təkbətək görüş olub.

Amma Putinlə Əsədin işbirliyi region dövlətləri tərəfindən müsbət qarşılanmır. ABŞ və Türkiyə başda olmaqla dünyanın bir çox dövlətləri Rusiyanın Suriyada onların nəzarətində olan qruplaşmalara zərbə endirdiyini iddia edirlər. Amma Rusiya rəsmiləri bu məlumatları yalanlayır.


Rusiyanın aviazərbələrinin nəticələri

Sentyabrın 30-dan Rusiya qırıcıları Suriyada İŞİD-ə məxsus obiyektlərə hava zərbələri endirir. Suriya və Rusiya ordusunun ölkədə keçirdiyi hərbi əməliyyatlar nəticəsində İŞİD-in mövqelərindən geri çəkildiyi barədə məlumatlar yayılır.


Xəzərdən atılan Rusiya raketlərinin hərəkət troyektoriyası

mənbə :
anspress

Beşer Əsedden gözlenilmez sefer