İçeriğe geçmek için "Enter"a basın

Bayram günü Dünya dağıla bilər

21-10-2015

12:57 xeber – NASA kosmik agentliyinin astronomları oktyabrın 31-də (əksər qərb ölkələrinin Hellouin bayramını qeyd etdiyi gün) Yer kürəsinin yaxınlığından keçəcək nəhəng asteroid aşkarlayıblar.

Azadlıq.az xəbər verir ki, anspress-in əldə etdiyi məlumata görə, asteroid Yer kürəsi üçün son doqquz ildə ən yaxın məsafədən keçəcək. Bununla belə, asteroid kifayət qədər yüksək sürətlə hərəkət edir. Hesablamalara görə, hazırda onun sürəti 35 km/saniyəyə bərabərdir.

Asteroidə 2015 TB145 adı verilib. Planetimizdən 499 min kilometr məsafədə keçəcək səma cisminin diametri 280-620 metr olacaq.

Bu həcmli səma cismlərindən sonuncusu 2006-cı ildə Yer kürəsinin yaxınlığından keçmişdi. Bir daha belə hadisənin 2027-ci ilə təsadüf edəcəyi gözlənilir.

Hellouin hər il 31 oktyabrda qeyd edilən bayramdır. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanıb. Bu bayram hal-hazırda dünyanın müxtəlif ölkələrində qeyd edilir. Oktyabrın 31-də noyabrın 1-nə keçən gecə müxtəlif qorxulu paltarlar, geniş populyarlıq qazanmış anime və cizgi qəhrəmanlarının uniformalarını geyinmiş, maskalar taxmış gənclər biri-birini əyləndirir, səhərə qədər şənlənirlər. Bayram günü balqabaqdan müxtəlif qorxulu fiqurlar düzəldlir.

mənbə :
anspress

Bayram günü Dünya dağıla biler