12:26 xeber – Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi növbəti Beynəlxalq film festivalına dəvət alıb. Bu dəfə filmin adı Braziliyada hər il keçirilən 39-cu “Mostra” – San-Paolo Beynəlxalq Kinofestivalında
nümayiş olunacaq filmlər siyahısına daxil edilib.
Azadlıq.az xəbər verir ki, anspress-in Braziliyadakı müxbirinin verdiyi məlumata görə, “Qanlı Yanvar” bədii filminin San-Paoloda beş dəfə nümayişi planlaşdırılır. Filmin premyerası oktyabrın 23-ü, saat 21:15-ə nəzərdə tutulub. Nümayişdən sonra jurnalistlərlə görüş təşkil olunacaq.
Film noyabrın 4-ə qədər San-Paolonun müxtəlif kinoteatrlarında tamaşaçılara təqdim olunacaq. Filmin təqdim olunacağı kinoteatrlarının siyahısını sizə təqdim edirik:
“Qanlı Yanvar” bədii filmi haqqında festivalın rəsmi saytındada www. Mostra.org-da məlumat verilib. Mənbədə filminBakı Film Studiyasında çəkildiyi və quruluşçu rejissorunun Vahid Mustafa Yev olduğu yazılıb. Bundan başqa, filmin müstəqilliyimiz uğrunda aparılan mübarizədən bəhs etdiyi haqqında da məlumat verilib.
1977 ci ildən keçirilən San Paulo film festivalı Braziliyanın ən böyük film festivallarındandır. Bu il 39 -cu dəfə baş tutacaq festival oktyabrın 22-dən noyabrın 4 qədər davam edəcək. Hər il keçirilən Beynəlxalq festivalda dünyanın dörd bir tərəfindən 300-ə dək film nümayiş olunur. Azərbaycan bu Festivalda ilk dəfədir ki, iştirak edir.
San-Paulo film festivalının rəsmi loqosu
38-ci San-Paulo film festivalı. 2014-cü il.
Daha əvvəl Azərbaycanın “Qanlı Yanvar” filmi dünyanın üç ən nüfuzlu festivalından birindən – Monreal film festivalında nümayiş olunub. Monrealda film festivalın xüsusi diplomuna layiq görülüb.
“Qanlı Yanvar” filminin çəkilişləri 2014-cü ilin oktyabrında start götürüb. Film üzərində kinorejissor Vahid Mustafa Yevlə birgə ABŞ, Rusiya, İran və Türkiyədən olan beynəlxalq aktyor truppası və texniki komanda çalışıb.
Nebahət Çehrə və Lenn Deyvis kimi dünya məşhurlarının rol aldığı “Qanlı Yanvar” filmi ilk dəfə 2015-ci il yanvarın 19-da Bakıda nümayiş olunub.
“Qanlı Yanvar” filminin çəkilişləri
mənbə :
anspress