12:11 xeber – Evinin eyvanından yıxılaraq dünyasını dəyişən Ankaralı Namiq adı ilə tanınan müğənni Namiq Uğurlunun dəfn mərasimində qəribə hadisə baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, müğənninin iki ay öncə şəhidlərə həsr olunmuş klipində tabutunun üstündə duran kənd imamı bu dəfə rolda deyil, həqiqətdə Namiqin cənazə namazını qıldırıb. Özü də məhz klipin çəkilişi olmuş həmin yerdə.
Ankarada yerləşən binanın yeddinci mərtəbəsinin eyvanından yıxılaraq həlak olan Uğurlunun cənazəsi ekspertizadan sonra doğma yurdu Çankırıya aparılıb. Müğənninin nəşi cənazə namazından sonra kənd qəbristanlığında doğmalarının yanında torpağa tapşırılıb. Atasının tabutunu çiynində 1,5 kilometr uzaqlıqdakı məzarlığa daşıyan 14 yaşlı oğlu Efenin durumu isə görənləri qəhərə boğub.
Ankara Namiqin dəfn mərasimi
Oktyabrın 18-i axşam saatlarında Namiq Uğurlu ailə üzvləri ilə evdə oturarkən təmiz hava almaq üçün eyvana çıxıb. Bu vaxt müğənni naməlum səbəbdən 7-ci mərtəbədəki eyvandan yerə yıxılıb. Uğurlu ağır yaralı vəziyyətdə “Yıldırım Beyazıt” təlim və araşdırma xəstəxanasına çatdırılıb. Burada həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, müğənninin həyatını xilas etmək mümkün olmayıb.
Ankarada Namiqin dəfn mərasimi
mənbə :
anspress