İçeriğe geçmek için "Enter"a basın

Rusiya vətəndaşı Bakıda adam güllələdi

21-10-2015


21.10.2015 / 12:07 xeber –

 

 

Bakıda silahlı insident olub.

 

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb. Rusiya vətəndaşı Vəli Əhmədov aralarında yaranmış mübahisə zəminində Bakı şəhər sakini Sənan İsmayılova “Vinçester” markalı silahdan atəş açıb.

 

S. İsmayılov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən V. Əhmədov saxlanılıb.

 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

mənbə :
lent.az

Rusiya vetendaşı Bakıda adam gülleledi