İçeriğe geçmek için "Enter"a basın

"Erməni futbolçu ilə bağlı bizə müraciət olunmayıb"

21-10-2015

11:56 xeber – “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov azerisport.com saytına verdiyi açıqlamada “Borussiya” klubunun icraçı direktoru Hans Yoahim Vatskenin sözlərinin əsassız olduğunu bildirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə Nəcəfov açıqlamasında bu sözləri söyləyib:

“Borussiya” rəsmilərinin sözləri əsassızdır. Biz təhlükəsizliyi ən yüksək səviyyədə təşkil edəcəyik. Bizim beynəlxalq oyunlar keçirmək təcrübəmiz var. Erməni idmançılar bundan öncə də ölkəmizə gəliblər. Buna misal olaraq elə Bakıda təşkil olunmuş şahmat üzrə dünya kubokunu göstərmək olar. Almaniya klubu Mxitaryana viza almaq üçün bizə müraciət etməyib. Onlar bununla bağlı müraciət etsəydilər, biz kömək etməyə hazır idik”.

Bir neçə gün əvvəl “Borussiya” klubunun icraçı direktoru Hans Yoahim Vatske BİLD-ə verdiyi müsahibəsində klubun erməni futbolçusu Henrix Mxitaryanın çox gümanki, Bakıya gəlməyəcəyini bildirib. Vatske buna səbəb kimi futbolçunun təhlükəsizliyi ilə bağlı narahatçılıqların olduğunu göstərib.


Henrix Mxitaryan-“Borussiya” klubunun futbolçusu

mənbə :
anspress

“Ermeni futbolçu ile bağlı bize müraciet olunmayıb”