İçeriğe geçmek için "Enter"a basın

Məşhur müğənninin fırıldağı üzə çıxdı - FOTO

21-10-2015

11:33 xeber – Gülben Ergenin son albomu üçün çəkdirdiyi fotolarda istifadə etdiyi “Photoshop” effektləri tamaşaçıları qıcıqlandırıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, məşhur müğənni Gülbən Ergen “Kalbimi koydum” albomu üçün çəkdirdiyi fotoları ilə gündəmə gəlib. Müğənninin qısa ətəkli donla çəkdirdiyi fotolarda gənc qızlara meydan oxuyan ayaqları diqqət çəkib. Tamaşaçılar və jurnalistlər bu ayaqların “Photoshop məhsulu” olduğunu seziblər.

Müğənninin gözəl görünmək üçün bu yola əl atması hamıya təəccüblü gəlib. Çünki G.Ergen hər zaman öz çıxışlarında görünüşü ilə bağlı kompleks yaşamadığını iddia edirdi.


Gülben Ergenin albomu üçün çəkdirdiyi foto

Müğənninin 2014-cü ilin yayında Bodrumda istirahət edərkən çəkilmiş sellülitli fotoları o zaman mətbuatın əsas xəbərlərindən biri olmuşdu. Bu mövzu ilə gündəmə gəlmiş Gülben Ergen o zaman mətbuata acıqlanmış və bu cür xəbərləri “üç uşaq anası olan qadına qarşı şiddət” kimi dəyərləndirmişdi.


Gülben Ergen Bodrumda istirahət zamanı

Gülben Ergen fotolarında Photoshop effektlərini qabardan ilk müğənni deyil. Bundan öncə Sibel Can və Hülya Avşar da oxşar mövzu ilə gündəmə gəliblər.

Karyerasına model kimi başlayan Gülben tez bir zamanda filmlərə çəkilməyə başlayıb.Türk tamaşaçısı onu “Dayə” serialında canlandırdığı Mələk obrazı ilə tanıyıb.
İbrahim Tatlısəslə iş birliyi ona böyük uğur gətirib. O, Tatlısəsin “Haydi söylə” klipində çəkildikdən sonra, onunla “Firat” serialında baş rolu bölüşüb. Müğənni kimi debütünü 1996-ci ildə “Mərhaba” albomu ilə edib.

mənbə :
anspress

Meşhur müğenninin fırıldağı üze çıxdı – FOTO