İçeriğe geçmek için "Enter"a basın

Nazirlik 149612 müraciətə cavab verib

21-10-2015


21.10.2015 / 10:59 xeber –

Vergilər Nazirliyi 2015-ci ilin 9 ayı ərzində Çağrı Mərkəzinə daxil olmuş müraciətlər haqqında məlumatı açıqlayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, 2015-ci ilin 9 ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 149612 müraciət cavablandırılıb.

 

Müraciətlərin 29,7%-i vergilər, 20,3%-i vergi nəzarəti tədbirləri, 16,9%-i vergi orqanlarının hüquq və vəzifələri, qalanları isə digər məsələlər barədə olub.

 

Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 33015 zəng daxil olub, 22318 zəng zamanı vergi borcları, 10697 zəng zamanı isə vergilərin növləri ilə bağlı suallar cavablandırılıb.

 

Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 1367469 mesaj, o cümlədən 1367469-u qısa mesaj (sms) göndərilib.

 

Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 3,3 milyona yaxın daxilolma qeydə alınıb.

 

2015-ci ilin 9 ayı ərzində vergi ödəyicilərinə xidmət strukturlarında 285104 müraciət qeydə alınıb, müraciət edənlərə 418805 sayda, o cümlədən Vergilər Nazirliyinin Bakı şəhərindəki Vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etmiş 24765 şəxsə 37049 sayda xidmət göstərilib.

 

mənbə :
lent.az

Nazirlik 149612 müraciete cavab verib