
  21.10.2015 / 08:09 xeber – 
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 11,25 mlrd dollar dəyərində “Lockheed Martin” tipli dörd çoxfunksiyalı hərbi gəminin satılmasını dəstəkləyib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Defense News məlumat yayıb.
İstehsalçı şirkətin nümayəndəsi təmsil etdiyi müəssisənin Səudiyyə Ərəbistanı ilə Hərbi-Hava Qüvvələrinin xətti ilə gələcəkdə əməkdaşlığın inkişaf etdirmək niyyətində olduğunu bildirib.
 mənbə : 
lent.az