İçeriğe geçmek için "Enter"a basın

Pedofillərin axtalanması barədə qanun layihəsi hazırlanır

21-10-2015

06:03 xeber – Rusiya Dövlət Dumasına uşaqbazlığa görə kimyəvi axtalanma cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunub.

Pedofillərin cəzasını sərtləşdirən qanun Rusiya parlamentində hələ 2012-ci ildə qəbul edilmişdi.

Həmin qanunda məhkumun könüllü sürətdə kimyəvi axtalanmaya razılıq verməsi müqabilində onun həbs cəzası müddətinin azaldılması nəzərdə tutulurdu.

Lakin yeni qanun layihəsinin müəllifi, deputat Anton Belyakovun fikrincə, həddi-büluğa çatmayanlara qarşı seksual zəmində cinayətlərin sayı artmaqda davam etdiyindən, bu sahədə qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var.

Qanun layihəsinə əsasən, həddi-büluğa çatmamış şəxsə qarşı seksual zəmində ağır cinayət törətmiş pedofil məhkəmənin qərarı ilə məcburi qaydada kimyəvi üsulla axtalanacaq, ağır sayılmayan cinayətə görə isə məhkəmə qərarı həkim-psixiatrların rəyi əsasında çıxarılacaq.

Kimyəvi axtalanma (kastrasiya) proseduru seksual meyli heçə endirən hormonal tibbi preparatların orqanizmə yeridilməsi yolu ilə həyata keçirilir.

mənbə :
anspress

Pedofillerin axtalanması barede qanun layihesi hazırlanır