05:32 xeber – Milli park qış donunu geyinməyə hazırlaşır. Gəzintiyə gələnlərin say azlığından istifadə edən bulvar idarəsi tədbirlərə start verib.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, qışın yaxınlaşması ilə əlaqədar Dənizkənarı Milli Parkda mövsümü hazırlıqlar başladılıb.
Bulvara üz tutan insaların sayının azalması isə sözügedən parkda yarımçıq qalan işlərin görülməsinə şərait yaradıb. Soyuğa davamsız ağacların, bitkilərin şaxtadan qorunması üçün tədbirlər görülür.
Milli park ərazisindəki ağaclar budanılaraq təmizlənilir, atraksionlar və digər əyləncə vasitələrinə isə yenidən göz gəzdirilir. Bütün texniki problemlər aradan qaldırılır. Bu isə yeni sezonda baş verə biləcək təhlükənin vaxtında qarşısının alınmasına hesablanıb. Yağıntılar nəzərə alınaraq kanalizasiya sistemi də təmizlənərək qışa tam hazır vəziyyətə gətirilir.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, yay aylarında şəhər sakinlərinin böyük bir hissəsi bura axışır: “Hazırda isə havalar soyuyub, nəticədə bulvara gələnlərin sayı xeyli azalıb. Gəzintiyə gələnlərin say azlığından istifadə edərək həll olunmamış işlərimizi yekunlaşdırmağa çalışırıq”.
Rəis müavinin sözlərinə görə, bu tipli tədbirlər hər il planlı şəkildə aparılır. Amma bu o demək deyil ki, görülən işlər sakinlərin istirahətinə maneə yaradacaq. Hər kəs milli parka gələ və asudə vaxtını rahat bir şəkildə bulvarda keçirə bilər.
mənbə :
anspress