İçeriğe geçmek için "Enter"a basın

Bakıda transformatorun içinə girən qızla oğlanı cərəyan vurdu

21-10-2015


21.10.2015 / 04:42 xeber –

Nəsimi rayonunda bədbəxt hadisə baş verib. APA -nın məlumatına görə, rayonun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və hələlik kimliyi məlum olmayan təxminən  18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən  Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar.  Yaralılar xəstəxanaya çatdırılıblar.

 

Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.

 

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

mənbə :
lent.az

Bakıda transformatorun içine giren qızla oğlanı cereyan vurdu