21.02.2015 / 22:13 xeber –
Bu gün Mərkəzi Bankın qərarı ilə manatın dollar və avro daxil bir çox xarici valyuta qarşısında ucuzlaşdırması banklardan dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə ödəniləcəyi məsələsini gündəmə gətirdi.
Borcun kredit götürülən zamankı, yoxsa yeni məzənnə ilə ödəniləcəyi geniş müzakirə olunur.
“CLC” hüquq şirkətinin rəhbəri Pərviz Məmmədov “Marja”ya bildirib ki, bu münasibətlər Mülkü Məcəllə və bank ilə borcalan arasında bağlanılan müqavilə ilə tənzimlənir. Əgər, müqavilədə borcun məzənnə dəyişikliyi baş verərsə, yeni məzənnə ilə ödəniləcəyi barədə maddə nəzərdə tutulmayıbsa, borc, kredit götürülən zaman mövcud olmuş məzənnə ilə ödənilməlidir. Yox, müqavilədə borcun ödənişlər həyata keçirilən zaman mövcud olan məzənnə ilə ödənilməsi barədə maddə varsa, təbii ki borc yeni məzənnə ilə icra edilməlidir.
“Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Bizim müşahidələrimizə görə, xeyli müddətdir Dollar/Manat məzənnəsi sabit qaldığından banklar kredit müqavilələrində belə bir maddə nəzərdə tutmurdular. Yəni, əhali və şirkətlər xarici valyutada, o cümlədən dollarda götürdükləri kreditlər üzrə borclarını borcu götürdükləri və ya müqaviləni bağladıqları tarixə mövcud olmuş məzənnə ilə ödəməli olacaqlar. Tələbə görə, borc dollarda ifadə olunsa da, ödəniş manat ilə aparılmalıdır. Qısası, yaranmış vəziyyət borcu dollarda götürənlərin çoxlarının xeyrinədir. Tutaq ki, indiyədək banka aylıq 100 dollar kredit borcu olan şəxs kassaya 79 manat ödəyirdisə, bu gün 105 manat deyil, yenə 79 manat (83 dollar- Marja) ödəyərək aylıq borcunu bağlaya bilər. Bunu Mülki Məcəllə deyir”.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1.05 AZN, avronun isə 1.1950 AZN səviyyəsində müəyyən edilib.
Mənbə : Lent.az
Shexsen men odemeyegem. Ister $100.05 olmayib neke olursa olsun. Bankda imzalanan ve uygun verilen emek haqqim 1 kopukde qalxmayibki!!!
Olani odeye bilmirik qaldi ki bele
Hormetli Banklar Sizi bank eden bizik biz sizden yox siz bizden aslisiz.Yesenizde yemesinizde
bank razilasicaq.esede istemesede banklar hec vaxt problemli kredit yoluna getmirler.
iste
bu qeder millet ) lom deyil size artix versin verin mehkemeye qisa yolu budu cox oyan buyan edeceysiz hec o verdiyimizide vermiyecik onda neyniyeceysiz
Men muqaviləmi oxudum diqqetle. Mezenne ile bagli hec bir madde yoxdur.demeli men goturduyum mezenne ile odeyecem.Bu arada indi diqqet etdim hecvaxt oxumamiwam bangla muqavileni o qeder kicik yaziblar adamin gozü agriyir
..36 ayliq goturmusem 10000 $ bu pula qarwiliq da 5800 $ artiq pul odemiwem . Inden sonrada evvel verdiyim pullla da odeyecem bu kredit deyl sadece olaraq selemdi vessalam.
Tutagki dollar duserdi 20 manata meni doguzdurardl bank 79 manatla ama indi 105 nen allr bezdim uje
Mende kohne mezene ile odeyecem 5000 dollar geturmisem 2700 dollar artiq vermeliyem bu ay odrmisrm 197 manat amma evel odeyirdim 146.20
Maraqlidi diger olkelerde bu meseleler nece hell olur baxiram hami duwub banklarin ustune amma pulu xarici tesisciden dollar alib ozu sizce sizden awaqi kursla qebul edecek onda olkede bank qalmazki. Yaxin olke Rusiyada iki qat dollar qalxdi hansi tedbir ve kim gordu.banklara iwleyende kiminse aile uzvu qohumudu mezenneni bu hala salan banklar olsaydi haqq qazandirardim amma banklar nedense bu meselede guzewt getmelidi o ki qaldi mulki mecellenin 439.7 maddesine kimin muqavilesinde mezenne ile baqli wert veya bend yoxdusa odeniwi tam haqli olaraq kohne mezenne ile odeye biler