İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan milyonları itirmək ərəfəsində

21-10-2015

00:20 xeber – “Azərbaycanın Gürcüstanı qazla təmin etmək imkanı yoxdur”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib. Onun sözlərinə görə, Gürcüstan aldığı qazın həcmini hansı qiymətə olursa olsun artırmaq niyyətindədir.

“Gürcüstan hökümətinə ünvanlanan tənqidlərin əsası yoxdur. Ölkəni qazla təmin etmək üçün Rusiyadan əlavə mavi yanacaq almaq məcburiyyətindədir”.

Bir müddət əvvəl Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov bildirmişdi ki, Türkiyə Rusiya qazından imtina edərsə, Azərbaycan Türkiyəyə qaz sata bilməyəcək. O, ixrac etmək üçün əlavə qazın olmadığını deyib: “Bizim çıxaracağımız qaz ehtiyatı artıq 2040-cı ilədək tamamilə satılıb. Əgər bizim əlavə qazımız qalsaydı, onu özümüzə götürərdik”, – deyə Natiq Abbasov bildirib.


Natiq Abbasov – energetika nazirinin müavini

Azərbaycan tərəfi Türkiyəyə qaz sata bilməyəcəyi ilə bağlı özü açıqlama versə də, Gürcüstana qaz satışı ilə bağlı məlumatı bu ölkənin energetika naziri deyib. Kaladze Rusiya ilə qaz danışıqları barədə yayılan xəbərlərdən sonra müxalifətin niyə əlavə mavi yanacağımız yoxdur sualına cavab verib. O bildirib ki, bu sualı Azərbaycana vermək lazımdır.

“Mən sizdən soruşuram. Niyə Azərbaycan “Qazprom” şirkəti ilə mavi yanacaq alışı haqqında müqavilə bağlayır? Əgər onların özlərində əlavə qaz olsa daxili bazarlarını ödəyərlər”, – deyə Kaladze müxailfətin tənqidlərinə cavab verərkən deyib.

Kaladzenin sözlərinə görə, “Qazprom”la Gürcüstan höküməti arasında 2003-cü ildə bağlanan 21 müqavilə var. Bu müqavilələr birinci növbədə höküməti tənqid edən insanlara məlumdur.


Kaxa Kaladze – Gürcüstanın energetika naziri

Gürcüstanın Rusiya və İrandan mavi yanacaq alması ilə bağlı xəbərlər bir müddət əvvəl yayılıb. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua və energetika naziri Kaxa Kaladze xəbər verib.

Azərbaycan qazından imtina etməsini və daha ucuz qaz almaq üçün İran və Rusiya ilə danışıqlara başlaması, Azərbaycanın Gürcüstan bazarında zəifləməsi deməkdir. Gürcüstanın böyük qaz tədarükçüsü Azərbaycandır. Dövlət Neft Şirkəti Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir.

Məlumata görə, 2014-cü ildə Gürcüstan “Şahdəniz-1” yatağından min kubmetri 55 dollardan olmaqla 250 milyon kubmetr, “Şahdəniz-2” yatağından isə min kubmetri 64 dollardan olmaqla 500 milyon kubmetr qaz alıb.

Elə bununla bağlı olaraq qaz danışıqları ortaya çıxdıqdan sonra Gürcüstan ən yaxın tərəfdaşlarından biri olan Azərbaycanı itirməmək üçün tədbirlərə başladı.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya qəfil və əvvəlcədən planlaşdırılmayan səfərə gəldi. Baş nazir prezident İlham Əliyevlə iki ölkə arasındakı münasibətləri, o cümlədən energetika sahəsindəki əməkdaşlığı müzakirə ediblər. Ötən gün isə Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili Azərbaycana səfərə gəldi. Hər iki səfər ölkələr arasında soyuqluğun yarandığı haqında məlumatların yayıldığı bir vaxtda baş tutdu.


Gürcüstan ərazisindən kəçən Bakı – Supsa neft kəməri

Amma Gürcüstanın baş naziri İrakli Qaribaşvili bir müddət əvvəl Azərbaycan qazından imtina ilə bağlı yayılan xəbərləri təkzib edib. Hazırda isə Gürcüstanın energetika naziri Kaxa Kaladze Azərbaycanın təbii qazı olmadığı üçün başqa ölkələrdən mavi yanacaq almaq məcburiyyətində olduqlarını bildirir. Bu isə Azərbaycanın qaz ehtiyatlarının azalmasını deməyə əsas verir. Digər tərəfdən isə Azərbaycan mavi yanacaq ehtiyacını 2040-cı ilədək tamamilə satıdığını açıqlayıb. Bütün bunlar Gürcüstan kimi Azərbaycanda Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığa sövq edir. Bir müddət əvvəl SOCAR-ın “Qazprom”la qaz alışına dair müqavilə bağlandığı bildirilirdi.

mənbə :
anspress

Azerbaycan milyonları itirmek erefesinde