23:12 xeber – Sloveniya hökuməti orduya sərhədin qorunmasında polisə kömək etmək hüququ verən qanun təklif edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ötən gün təklif olunmuş qanunun oktyabrın 2-də axşam saatlarında parlamentdə qəbul olunacağı gözlənir.
Bu arada minlərlə miqrant Xorvatiyadan Sloveniyaya keçib. Sloveniya bir gün öncə Xorvatiyadan gələn mindən çox miqrantı qəbul etməyib, gündəlik kvotanın dolduğunu bildirib. Xorvatiya şimal qonşusundan gündə 5 min miqrantı qəbul etməyi istəyib. Ancaq Sloveniya yalnız onun yarısını götürə biləcəyini bildirib. Beləliklə, Xorvatiya-Sloveniya sərhədində miqrantlar toplaşıb.
Miqrantların çoxu Almaniyaya çatmağa çalışır.
On minlərlə miqrant Suriya, Əfqanıstan və İraqdakı zorakılıqdan qaçır. Onlar əsasən Balkanlardan keçərək Qərbi Avropaya üz tutur. Xorvatiya ilə sərhədlərini bağlayandan sonra miqrantlar Xorvatiya-Sloveniya sərhədində görünməyə başlayıblar. Bu barədə Sloveniya polisi xəbər verib. Bu gün miqrantlarla dolu bir neçə avtobus sərhəddə yaxınlaşıb. Sloveniya rəsmiləri bildirib ki, Balkanlardan Qərbi Avropaya miqrant axını azalıb. Macarıstan Avropaya miqrant axının qarşısını almaq üçün Xorvatiya ilə sərhədini bağlayıb. Oktyabrın 16-da Avropa Birliyi və Türkiyə Brüsseldə keçirilən sammitdə miqrant axının qarşısını alan ilkin planla bağlı razılığa gəliblər. Planda 2,5 milyon qaçqının qəbulu üçün Türkiyəyə maliyyə və digər yardımlar gözdən keçirilib.
Almaniyaya miqrant yolu xəritədə
Miqrant böhranından çıxış yolu Avropa Birliyi ölkələrinin rəhbərlikləri arasında ziddiyyətli mövzuya çevrilib. Almaniya qaçqınlara sərhədini açdığı halda, Macarıstan əksinə onların qarşısını almaq üçün Serbiya ilə sərhəddə tikanlı məftillər qurur. Almaniyanın kansleri Angela Merkel isə Avropa Parlamentində etdiyi çıxışda qaçqın və miqrant axının qarşısını almaq üçün Avropanın özünü ətraf dünyadan təcrid etməsinin düzgün olmadığını dilə gətirib:
“Başa düşməliyik ki, insanların sərhədlərimizdə əziyyət çəkdiyi bir vaxtda Avropa sərhədlərini tamamilə bağlasaq belə bu, heç bir tərəfə xeyir gətirməyəcək. İnternet erasında ölkə sərhədini tam bağlamaq və hasarlamaq illüziyadan başqa bir şey deyil. Bununla problemi çözmək mümkün olmayacaq”. Merkel əlavə edib ki, mütləq qapanma olsa belə, qaçqınlar Avropaya dolayı yolla daxil olmağın yolunu tapacaq.
mənbə :
anspress