İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda keçmiş məhkum qətl törətdi

20-10-2015


20.10.2015 / 22:36 xeber –

 Lənkəranda qətl hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 20-də saat 20.00 radələrində rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunmuş  Müşfiq Məzahir oğlu Abdullayev şəxsi münaqişə zəminində tanışı olan rayonun Havzava kənd sakini Zahir Fərman oğlu Əsgərova bədəninin müxtəlif nahiyələrində bir neçə bıçaq zərbəsi endirməklə onu qətlə yetirib.

 

Hadisəni törətmiş M. Abdullayev könüllü hüquq mühafizə orqanlarına təslim olub. Z.Əsgərovun meyiti isə müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

 

Qətlin motivləri barədə hələlik hər hansı bir məlumat verilmir.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

mənbə :
lent.az

Azerbaycanda keçmiş mehkum qetl töretdi