İçeriğe geçmek için "Enter"a basın

VMF yeni saat kolleksiyasının təqdimatını keçirdi

20-10-2015

22:37 xeber – Bakı şəhərində dünyada məşhur Yapon saat brendi olan SEIKO-nun müstəsna funksionallığa malik GPS Astron saat modelinin Azərbaycanda ilk dəfə Kempinski otelində təqdimat mərasimi keçirildi.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, təqdimat mərasimində SEIKO GPS Astron saat modellərindən üç nümunə SEIKO brendinin həvəskarlarına, müştərilərinə və ictimaiyyətə təqdim olundu. SEIKO GPS Astron saatı dünyada ilk GPS naviqasiya sistemli və Günəş batareykası ilə işləyən saat olmaqla SEIKO brendinin dünyaya təqdim etdiyi kəşfidir.

SEIKO Astron GPS Solar saatı tam enerji yığdıqda, 2 illik işləmə vaxtına malik olur. Bütün 39 saat qurşağı üzrə dünyanın istənilən yerində GPS siqnalı vasitəsilə vaxtı rahat və sadə şəkildə dəqiq, avtomatik olaraq təyin edir. Siferblatda ikinci saat qurşağının göstərilməsi (GMT) funksiyası, antiblik Sapfir şüşə, lüministrli fosforlu əqrəblər və göstəricilər ilə təchiz olunub.

Təqdimat mərasimində brend sevərlərlə bərabər iş adamları, müxtəlif kütləvi informasiya vasitələrindən nümayəndələr, SEIKO brendinin daimi müştəriləri, SEIKO satışı ilə fərqlənmiş VMF Şirkətinin salon əməkdaşları, VMF Şirkətinin Baş direktoru və SEIKO brendinin Bölgə üzrə Satış Direktoru da iştirak edirdi. Açılışda söz alan SEIKO şirkətinin bölgəmiz üzrə satış direktoru cənab Patricio Testart və VMF Şirkətinin Brendlər üzrə Direktoru cənab Ağahüseyn Hüseynov brendin dünyada və Azərbaycanda uğurlu inkişafından və iki şirkət arasında olan sıx-dostluq münasibətlərindən söz açıb, gələcəkdəki yeni planlar haqqında iştirakçılara məlumatlar verib.

SEIKO Holdinq Korporasiyasının əsası 1881-ci ildə Kintaro Hattori tərəfindən Tokio-nun Gindza qəsəbəsində qoyulmuşdur. 11 il sonra 1982-ci ildə Kintaro Hattori “Seikosha” (yaponcadan tərcümədə – Mükəmməl Sənətkarlıq Evi) adı altında saatlar istehsal etməyə başlayır.

SEIKO brendi adı altında bazarda ilk saatlar 1924-cü ildə buraxıldı. 1969-cu ildə isə SEIKO dünyada ilk kvars (batareyka ilə işləyən) saatı yaratdı və daha sonra ilk xronoqraf funksiyalı kvars saatı da təqdim etdi. SEIKO Şirkəti təkcə saat deyil, həmçinin saatla bağlı bütün ehtiyyat hissələrinin, ləvazimatlarının istehsalçısı kimi və bunların dünya üzra satışını həyata keçirən iri korporasiya kimi çıxış edir. SEIKO brendi tarix boyunca dəfələrlə bir çox idman turnirlərinin (Futbol üzrə Dünya çempionatlarında, Yay və Qış Olimpiyadalarında) də rəsmi xronometri kimi də çıxış edib.

Bunlarla əlaqədar olaraq, SEIKO brendinin “Velatura”, “Sportura”, “SEIKO 5”, “Prospex” kimi idman üslubunda olan və “Premier”, “Grand SEIKO”, “Credor”, “Caprice” kimi klassik saat modelləri ilə zəngin kolleksiyaları mövcuddur. Hər zaman öz həvəskarlarını, müştərilərini yeniliklərlə və kəşflərlə təəccübləndirən SEIKO brendi 5 mart 2012-ci il tarixində dünyada ilk dəfə GPS siqnalı ilə olan Günəş batareykasıyla işləyən Astron GPS Solar saatını təqdim etdi.

Həmçinin tədbirdə daimi alıcılara və facebook səhifəsinin aktiv istifadəçilərinə hədiyyələr təqdim edildi.

“Mükəmməlliyə həsr olunur” devizi altında brend bir çox məşhur idmançılara və idman yarışlarına sponsorluq etməkdədir. VMF Şirkəti, SEIKO brendini 2002-ci ildən Azərbaycanda rəsmi təmsilçisidir. Brend Bakı şəhəri ilə yanaşı Azərbaycanın digər regionlarında; Sumqayıt, Şəki, Gəncə, Şəmkir kimi böyük şəhərlərdə də uğurla təmsil olunmaqdadır.

mənbə :
anspress

VMF yeni saat kolleksiyasının teqdimatını keçirdi