İçeriğe geçmek için "Enter"a basın

Rusiya Suriyada hərbçilərinin öldürülməsini təkzib edir

20-10-2015


20.10.2015 / 21:27 xeber –

Rusiyanın Dəməşqdəki səfirliyi Suriyada rusiyalıların öldürülməsi xəbərini təkzib edir. APA-nın xəbərinə görə, bu barədə “TASS”a səfirlikdən bildirilib.

 

“Reuters-in Suriyada guya “üç rusiyalının həlak olması” və ya  “üç rusiyalı hərbçinin öldürülməsi” barədə heç bir məlumat yoxdur. Bu xəbərlər böyük ehtimalla növbəti  dezinformasiyadır”, deyə səfirlikdən bildirib.

 

Səfirlikdə qeyd ediblər ki, bu məlumatların mənbəyi London insan  haqları üzrə monitorinq mərkəzindən qaynaqlanır. Bu qurum isə, öz növbəsində, bu xəbəri naməlum mənbələrə istinadən yayıb.

mənbə :
lent.az

Rusiya Suriyada herbçilerinin öldürülmesini tekzib edir