İçeriğe geçmek için "Enter"a basın

Rayon maşınları ilə bağlı yeni təklif

20-10-2015

20:40 xeber – Rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılması ilə bağlı yeni qaydalar təklif edilir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında deputat Musa Quliyev bildirib ki, ola bilsin, avtomobillərin Bakıya buraxılmaması kiminsə korporativ maraqlarına kömək edəcək: “Amma bizim rayon camaatının çoxu burada əziyyət çəkir. Belə çıxır ki, Azərbaycan vətəndaşı taksi ilə Bakıya gələ bilməz”.

M.Quliyev deyib ki, burada ortaq bir variant tapılmalıdır: “Rayondan Bakıya işləyən taksilərə ayrıca lisenziya verilməlidir. Rayondan gələn taksi sürücüləri artıq bunun həlli yolunu tapıb. Lisenziyanın haqqını yolda dayananlara ödəyib gəlirlər. Yaxşı olardı ki, bu vəsait dövlət büdcəsinə ödənilsin. Bəzi məmurlarımız və hətta millət vəkilləri var ki, onların avtomobilləri rayon qeydiyyatındadır və Bakıya gəlməkdə problem yaranır. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarına yenidən baxılmalı və deyilən nöqsanlar aradan qaldırılmalıdır”.


Musa Quliyev

Sentyabrın 15-dən bölgələrdə qeydiyyatda olan avtomobillərin Bakıya buraxılması məhdudlaşdırılıb. Ölkəmizdə keçirilən birinci Avropa oyunları zamanı paytaxtda rayon qeydiyyat nişanlı avtomobillərin daxil olması qadağan edilmişdi. Ancaq bu qanun yalnız iyul ayının birinədək qüvvədə olub. Bakıda keçirilən Avropa Oyunları zamanı paytaxt küçələrində demək olar ki, tıxaca rast gəlmədik. Bundan başqa oyunlar zamanı yollarda qəza, qayda pozan sürücülər demək olar ki, çox az idi.

Məhz buna səbəb də yollarda yol polsi əməkdaşlarının gücləndirilmiş iş rejimində fəaliyyəti idi. Bu məqsədlə sarı zolaqlı yollara xüsusi nəzarət artırıldı. Bölgələrdən Bakıya üz tutan avtomobillər paytaxtda buraxılmadı. Rayon dövlət qeydiyyat nişanlı avtomobil sürücüləri məcbur olub ictimai nəqliyyatdan istifadəyə üstünlük verdi. Avtomaşınlarını paytaxtın girişlərindəki dayanacaqda saxlamaq şərtilə. Ancaq bu qayda yalnız Avropa Oyunları ərəfisində qüvvədə qaldı.


Sürücüləri dayanacaqlara yönləndirən polis əməkdaşları

Bu müddətdə şəhərin küçə və prospektlərində tıxacın olmamasının səbəbini bölgələrdən bura üz tutan avtomobillərə məhdudiyyət qoyulmasında görən ekspertlər bu qanunun qüvvədə qalmasının tərəfdarıdır. Ekspert Ərşad Allahverdiyev sözügedən qanunun qüvvədə qalmasının yalnız iki halda mümükün olacağını bildirir. Birinci halda paytaxtın girişlərində böyük və ucuz qiymətə dayanacaq tikilməlidir:

“İkinci halda bölgələrə işləyən ictimai nəqliyyat sisteminin özünü təkmilləşdirmək lazımdır. Hazırda bu sahəni düşünənlər azlıq təşkil edir. Məsələn, bu gün Bak-Sumqayıt istiqamətində hərəkət edəcəyi planlaşdırılan qatarlarla bağlı iş hələ ki, öz nəticəsini vermir. Çox gözəl ideyadır. Elə etmək lazımdır ki, qatarlar yüksək sürətlə, dəqiq qrafiknən, qısa intervallarla işləsin”.

Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov isə bildirib ki, yollarda nəqliyyatın hərəkətini tənzimləmək məqsədilə rayonlardan gələn avtomaşınlar yalnız gələcək illərdə hərəkəti məhdudlaşdırıla bilər. Bu isə paytaxtda keçiriləcək beynəlxalq yarışlarla əlaqədar olacaq:

“Güman etmirəm ki, gələcəkdə belə bir hal baş versin. Düzdür Bakıda 2016 və 2017-cı illərdə tədbirlər keçiriləcək. Ola bisin ki, tədbirlər zamanı bu cür istisnalar olsun. Amma gümün etmirəm ki, il boyu bu proses təkrarlansın”.

Bir çox millət vəkiləri isə düşünür ki, tək rayon dövlət qeydiyyat nişanlı avtomaşınlar deyil həm də paytaxtda fərdi nəqliyyat vasitəsinə az üstünlük verilməlidir. Bunun üçün maarfidləndirmə işləri aparılmalı insanlar daha çox ictimai nəqliyyatdan istifadəyə yönləndirilməlidir.


Dayanacaqların yaradıldığı ərazilər (oxla işarələnib)

Bir neçə gün əvvəl isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağı ilə bağlı qərar qəbul edib.

Rayonlardan Bakıya daxil olan bütün yollarda polis postları qurulub. Həmin postlarda olan polis əməkdaşları rayonlardan gələn sürücüləri Bakının iki əsas girişində qurulan pulsuz avtodayanacaqlara yönləndirirlər. Bu avtodayanacaqlardan biri Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, ikincisi isə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığında yaradılıb.

mənbə :
anspress

Rayon maşınları ile bağlı yeni teklif