20.10.2015 / 20:36 xeber –
Rusiya aviasiyası Suriyada İŞİD-in 19 komanda məntəqəsini məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, bundan başqa, Xama əyalətində iki silah-sursat anbarı, bir partlayıcı qurğu və döyüş sursatı istehsalı zavodu, 30-dək atəş mövqeyi, istehkam və xeyli texnika məhv edilib.
mənbə :
lent.az