19:47 xeber – Vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun indiyə qədər medianın diqqətindən kənar qalan biznesi, vəzifədə olan yaxın qohumları ilə bağlı məsələlər ciddi müzakirə olunmaqdadır.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu dəqiqələrdə “qafqazinfo”ya eks nazirin vəzifədə olan yaxın qohumu ilə bağlı maraqlı məlumat daxil olub. Məlumata görə, Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra öz qohumu Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyində rəhbər vəzifəyə gətizdirib.
Həmin vaxtdan bəri o, burada sədr işləyir. Məlumat üçün bildirək ki, BTRİB-ə rəhbərlik Bakı şəhərində olduqca strateji vəzifələrdən sayılır. Belə görünür ki, Eldar Mahmudov da telefonların rahat şəkildə dinlənilməsi üçün öz yaxın qohumunun yardımından istifadə edib.
Məlumata görə, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları Birliyi nəzarətə götürüblər. Həmin idarədə yoxlamaların başlandığı və Beytulla Hüseynovun yaxın zamanlarda vəzifəsindən azad olunacağı gözlənilir.
Beytulla Hüseynov
Eldar Mahmudovun birinci müavini Hilal Əsədovun evində də axtarış aparılıb.
Oktyabr ayının 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri postundan azad olunan Eldar Mahmudovun 1-ci müavini, general-leytenant Hilal Əsədovun evlərində axtarış aparılıb. Bu barədə musavat.com-a məlumatlı mənbə bilgi verib.
Bildirilir ki, adətən 2 mülki geyimli şəxsin müşaiyət etdiyi H.Əsədov bu dəfə Bakının mərkəzindəki mənzilinə 10-a yaxın şəxslə gəlib. 28 May küçəsi, ev 18 ünvanında aparılan axtarışdan sonra H.Əsədov həmin şəxslərin əhatəsində naməlum istiqamətə aparılıb. Axtarış zamanı mənzildən sənədlər götürülüb.
Sayt yada salır ki, oktyabrın 17-də Baş Prokurorluğun və Baş Dövlət Xüsusi Mühafizə İdarəsinin əməkdaşları MTN-də xüsusi əməliyyat keçirib.
MTN generalı Natəvan Mürvətova
Həmin gün prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılıb. Xüsusi əməliyyat zamanı MTN-in əksər rəhbər şəxləri nəzarətə götürülüb, 12 rəhbər şəxs – Hilal Əsədov, Akif Çovdarov, İlqar Əliyev, Natəvan Mürvətova və digəriləri həbs olunublar.
“MTN işi” ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
Dünən yayılan məlumatlarda Eldar Mahmudovun və milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovun və MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabovun ev dustağı edilməsi ilə bağlı məlumatlar yayılmışdı.
Həmçinin oxuyun:
MTN-in daha iki generalı dustaq edildi
Eldar Mahmudov xarici kəşfiyyatla əlaqədə ittiham edilir
Eldar Mahmudovun qudası da saxlanıldı
MTN-dəki həbslərlə bağlı rəsmi açıqlama
mənbə :
anspress