19:15 xeber – Masallı rayonunun Çaxırlı kənd sakini, 38 yaşlı Qəzənfər Quliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın nəticəsində ev sahibəsi 24 yaşlı Şahanə Quliyeva, övladları 2 yaşlı Nuran və 4 yaşlı Aylin müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Masallı Mərkəzi Rayon Xəstəxanasında xəsarət alanlara lazımi tibbi yardım göstərildikdən sonra, vəziyyətləri ağır olan xəstələr Bakı şəhərindəki yanıq mərkəzinə yola salınıblar.
Yanğın nəticəsində ümumi sahəsi 308 kv.m olan 6 otaqlı evin birinci mərtəbəsindəki otaqlardan biri 40 kv.m sahədə içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğına azyaşlı uşaqların elektrik qızdırıcısı ilə ehtiyatsız davranmaları göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Yanıq xəsarəti alan körpə
Yanan ev
mənbə :
anspress