İçeriğe geçmek için "Enter"a basın

Nazir maaşların artacağını bəyan etdi

20-10-2015

18:54 xeber – Milli Məclisdə vergi məcəlləsinə təklif olunan dəyişikliklər qəbul olunub.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, deputatlar təkliflərin hamısına müsbət münasibət bildiriblər. Beləliklə, yanvarın 1-dən idman-mərc oyunlarında qazanılan uduşlardan 10% dövlətə vergi ödəniləcək, ticarət və iaşə obyektlərinin sahiblərinə sadələşdirilmiş vergi ödəyici olmaq hüququ veriləcək. Həmçinin maaşı 2500 manata qədər olan muzdla işləyən işçilərin əmək haqqının yaşayış minimumu qədər hissəsi, yəni 136 manatı vergidən azad olunacaq.

Bundan başqa Milli Məclisdə Mərkəzi Bank haqqında qanuna da dəyişiklik edilib və qurumun nizamnamə kapitalının 5 dəfə artırılmasına qərar verilib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, dəyişikliklərdən biri də ölkədə yaşayış minimumu və əmək haqqlarının artımı zamanı aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərdən gəlir vergisinin güzəşt dairəsindən çıxması və əksər hallarda onların gəlirlərinin azalması ilə bağlıdır.

Bu qanun 500 mindən çox muzdla işləyən insanların aylıq gəlirlərinin 3 -9 faiz çərçivəsində artmasına imkan verəcəkdir.

mənbə :
anspress

Nazir maaşların artacağını beyan etdi