İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Avropa Şurasının sessiyasında iştirakdan imtina edib

20-10-2015


20.10.2015 / 18:46 xeber –

 Bu gün Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 29-cu sessiyası öz işinə başlayıb.

Konqresin mətbuat katibliyindənAPA-ya daxil olan məlumata görə, Azərbaycanın Konqresdəki nümayəndə heyəti qurumun budəfəki sessiyasında iştirak etməkdən imtina edib. Buna səbəb isə bu il sentyabrın 18-də Konqresin Monitorinq Komitəsinin Polşanın Varşava şəhərində keçirilmiş toplantısında Azərbaycanla bağlı bəyanat qəbul edilməsi olub.

 

Azərbaycan nümayəndə heyəti bu bəyanatı qərəzli hesab edərək, Konqresin budəfəki sessiyasının işinə qatılmaqdan imtina edib. 

 

mənbə :
lent.az

Azerbaycan Avropa Şurasının sessiyasında iştirakdan imtina edib