İçeriğe geçmek için "Enter"a basın

Nəqliyyat müfəttişlərinin bir qismi ixtisara düşəcək

20-10-2015


20.10.2015 / 18:19 xeber –

"Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra bizim müfəttişlərimiz orada işlə təmin olunacaq".

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

 

"Sözsüz ki, müfəttişlərin hamısı Nəqliyyat Nazirliyində qalmayacaq. Bizdən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra əməkdaşlarımız orada işlə təmin olunacaq", – deyə nazir müavini bildirib.

 

M. Pənahov "işsiz qalanlar olacaqmı" sualına bu cür cavab verib: "Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab edirəm ki, işsiz qalanların sayı az olacaq".

 

mənbə :
lent.az

Neqliyyat müfettişlerinin bir qismi ixtisara düşecek