İçeriğe geçmek için "Enter"a basın

Kəmaləddin Heydərov Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşüb

20-10-2015


20.10.2015 / 18:13 xeber –

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti ilə görüşüb. Lent.az FHN-in saytına istinadən xəbər verir ki, görüş zamanı Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan geniş bəhs edib.

 

Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə rəhbərlik etdiyi vilayətin Azərbaycanla müxtəlif sahələrdə uğurlu əməkdaşlığından danışıb. Qonaq bildirib ki, Azərbaycana səfəri zamanı şahid olduğu möhtəşəm inkişaf onu ürəkdən sevindirir.

 

Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində kadr hazırlığı ilə bağlı təcrübə mübadiləsi üzrə geniş müzakirə aparılıb.

 

Bundan başqa, nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə tanış olub.

mənbə :
lent.az

Kemaleddin Heyderov Şerqi Azerbaycan vilayetinin valisi ile görüşüb